Kokpit.az xatırladır ki, Mercedes komandasının sürücüləri Macarıstan Qran Prisinin cümə sərbəst yürüşlərində bir az zəif görünüblər. Onlar McLaren və Red Bull-dan bir addım geridə olublar. Hətta son 3 yarışda pis təsir bağışlayan Ferrari belə “gümüşü oxlar”dan üstün görünüb.
Cümə gününü yeddinci yerdə bağlayan Lyuis Həmilton Macarıstanda ilk gün barədə belə danışıb: “Bu həftəsonu hava doğrudan da çox istidir. İlin bu vaxtlarında Budapeştdə vəziyyət həmişə belə olur. Buna adaptasiya olmaq lazımdır.
Bu gün indiyə kimi keçirdiyimiz ən yaxşı cümə günü deyildi. Bolidin sazlanmaları yaxşı hiss etdirmədi və ən yaxşı formamızda deyildik. İki sessiyanın arasında bir neçə xırda dəyişiklik etdik, amma bunlar vacib deyildilər.
Bolidin nəyə görə yaxşı vəziyyətdə olmadığını bilirik. Buna görə də sıralanma turu üçün maşını təkmilləşdirəcəyik və gecə ərzində işləyəcəyik. Rəqabət çox yaxındır. Sıralanma tempimiz zəif olsa da, yarış tempimiz yaxşı görünürdü. Hələ öndəkilərdən bir addım geridəyik, amma sabah bu fərqi bağlamaq üçün əlimizdən gələni edəcəyik”.
Şərh əlavə et