Kokpit.az xaıtrladır ki, RB komandası bu mövsüm 2023-cü ilə nisbətən daha yaxşı performans göstərir. İtaliya komandası hazırda Mühəndislər Kubokunda 6-cı yerdədir. Lakin RB son Britaniya Qran Prisində çətin yarış keçirmişdi. Daniel Rikkardo 13-cü olub xalsız qaldığı halda, komanda yoldaşı Yuki Tsunoda 10-cu olaraq komandasına 1 xal qazandırmışdı.
Daniel Rikkardo bildirib ki, Silvertoun yarışından sonra idmana gedib, silmulyatorda işləyib və özünə gəlib: “Bütün bunları etmək faydalı oldu. Budapeşt üçün hazıram. Şəxsən mən Budapeştə gəlməkdən həzz alıram. Macarıstanda daha əvvəl də qalib gəlmişəm. Üstəlik keçən il AlphaTauri ilə məhz Macarıstanda geri qayıtmışdım.
Komanda olaraq Silverstouna nisbətən fərqli, Çox yavaş və daha isti trasda performanımızı tapmağa, birinci sərbəst yürüşlərdən etibarən sürətli olmağa və baza günü xallar qazanmağa köklənəcəyik”.
Daniel Rikkardonun komanda yoldaşı Yuki Tsunoda isə bildirib ki, keçən həftə simulyatorda çox vaxt keçirib və komanda Silverstoun yarışından sonra çox işləyi: “Macarıstanda yaxşı həftəsonu keçirəcəyimizi düşünürəm. Hunqarorinqdə əksər döngələr yavaş və orta surətdədirlər. Buna görə də Hunqarorinqdə maşından performans almaq üçün hansı yönə gedəcəyimizi bilirik.
İlin bu fəslində Budapeştdə hava həmişə çox isti olur və həmişə sükan arxasında olduumuz üçün nəfəs almaq belə çətin olur. Bu da o deməkdir ki, fiziki cəhətdən çox çətin həftəsonu olacaq. Bu trasda rəqabətədavamlı olacağımızı düşünürəm. Buna hazıram”.
Şərh əlavə et