Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Macarıstana yeniliklərlə gəlir

Ferrari komandası bu həftəsonu Macarıstan Qran Prisinə üçün xüsusi yenilik paketi gətirəcək.

Kokpit.az xatırladır ki, “Qırmızılar”ın son gətirdikləri yeniliklər SF-24-ün asfaltla ilişməsinə pis təsir edib. Buna görə də komanda Macarıstana problemləri həll edəcək altlıq gətirəcək.

Ferrari komandasının rəhbəri Frederik Vassyör bu barədə belə danışıb: “MAcarıstan yarışından əvvəlki birhəftəlik fasilədə ardıcıl keçən 3 yarışdakı məlumatları dərin formada təhlil etdik. Son yeniliklərin aerodinamik cəhətdən gözləntiləri qarşıladığını gördük. Lakin bu yeniliklərin sürüşü çətinləşdirən yan təsirləri də oldu. Bolidin təməli üzərində çox işlədik və Budapeştə yenilənmiş bir altlıq gətirəcəyik. Bunun hesabına sürücülər sükan arxasında daha yaxşı işlər görə biləcəklər.

Bu mövsüm saniyənin kiçik yüzdələrinə qədər mübarizə aparırıq. Buna görə də Şarl və Karlos sıralanma turunda ən yaxşı nəticələri almaq üçün bolidi limitlərdə sürə bilməli və əllərindən gələnin ən yaxşısını etmək üçün bolidə güvənməlidirlər. Əminik ki, Hunqarorinqə gətirdiyimiz yeniliklər hesabına yuxarı pillələrdə olacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et