Kokpit.az xatırladır ki, Sauber komandası ilk 12 yarışdan sonra xal ala bilməyən yeganə komandadır.
Ardıcıl keçən İspaniya, Avstriya və BritaniyaQran Prilərindən sonra birhəftəlik fasilə olub.
Valtteri bottas: “Üç yarışdan sonra fasilə lazımlı idi və indi yay tətilindən əvvəlki son iki yarışı səbirsizliklə gözləyirəm. Burada ötmə etmək çox çətindir, çünki bura köhnə tip traslardandır. Buna görə də sıralanma turu çox vacib olacaq. Son yarışlarımız gözləntiləri qarşılamadı və üçlü yarışlardan sonra lan fasilədə komanda olaraq problemlərimizi təhlil etməli olduq. Həm trasda həm də bazadakı işçilər bolidin performansını artırmaq üçün əlindən gələni edirlər. Ümid edirik ki, Hunqarorinqdə doğru yöndə olacağıq”.
Bottasın komanda yoldaşı da Quanyu Çjou da oxşar sözləri deyib: “Qısa fasilədən sonra Macarıstana qayıtmaq gözəl hiss etdirir. Ümid edirəm ki, ötmələrin Monako qədər çətin olduğu bu trasda yaxşı sıralanma turu keçirərik. Bura yüksək asfaltayatma qüvvəsi tələb edir. Fiziki cəhətdən çətin trasdır və dincəlməyə vaxtınız çox azdır. Performansı ən yaxşı səviyyəyə çıxarmaq üçün yaxşı ritm tutmaq çox vacib olacaq.
Komanda maşın üzərində çalışır və bizi orta və yuxarı pillələrə çıxmağa qoymayan problemlərin üzərində işləyirik. İndi isə Macarıstanın istisi ilə mübarizə aparmaq vaxtıdır”.
Şərh əlavə et