Kokpit.az xatırladır ki, Lyuis Həmiltonun qışda gələn mövsümdən etibarən Mercedes-i tərk edərək Ferrari-də yarışacağı dəqiqləşdikdən sonra komandanın növbəti sürücüsünün kim olacağı F1-də əsas müzakirə mövzularından biridir. Toto düşünür ki, Maks Mercedes-ə keçməyə qərar vermək üçün tələsməməlidir.
Toto Volff: “Düşünürəm ki, hələ də özümüzə baxıb deməliyik: “Önümüzdəki iki komanda ilə rəqabət apara biləcək bir avtomobilə sahib olmaq və bunu daha müntəzəm etmək üçün nə edə bilərik? Və mənə elə gəlir ki, indi Maks da daxil olmaqla ən yaxşı pilotlar üçün sığınacaq və ya təyinat yerinə çevrilə biləcəyimizi söyləməyə haqqımız olan məqamdayıq. Amma biz hələ də buna nail ola bilməmişik, ona görə də onun yerində olsaydım, bu variantı hələ nəzərdən keçirməzdim”.
Şərh əlavə et