Kokpit.az xatırladır ki, Valtteri Bottas Sauber komandasına 2022-ci ildə qatılmışdı. İsveçrə təmsilçisi həmin il yeni reqlamentin gəlişi ilə ilk 9 yarışdan 51 xal toplamışdı. Lakin bu üstünlüyün əsas səbəbi həmin il Sauber maşınının digər maşınlardan daha yüngül olması idi. Bu üstünlük əldən getdikdən sonra Sauber komandası da geriləməyə başladı.
Bu geriləmənin səbəbindən komanda keçən mövsüm çempionatı 9-cu yerdə bitirmişdi. Bu il isə isveçrəlilər xal qazanmayan yeganə kollektivdir. Lakin Valtteri Bottas düşünür ki, altlıq effektinin olduğu dövrdə Sauber komandası inkişafda qərarlıdır, amma bu inkişaf yetərli deyil.
Valtteri Bottas: “Məncə, yetərincə böyük addımlar ata bilmədik. Əlbəttə, hər il bir az addımlar atdıq. Maşın daha pis vəziyyətə düşmədi, amma McLaren kimi çox böyük addımlar atan komandalara nisbətdə yetərli olmadı. Bu böyük problem olsa da, komanda yenidən qurulur. Texniki heyətdə və rəhbərlikdə dəyişikliklər olur. Buna görə də hədəflədiyimiz yerlərə çatmaq vaxtımızı ala bilər”.
Valtteri Bottas buna baxmayaraq inanır ki, orta qrupdakı digər komandalarla mübarizə apara biləcək paketləri var: “Hazırda bu maşınla, sahib olduğumuz detallarla yüksək sürətdə bəzi problemlər yaşadığımızı gördük və bunun üzərində işləyirik. Amma aşağı və orta sürətlərdə rəqiblərimizlə mübarizə apara bilirik”.
Valtteri Bottas Mercedes komandası ilə 10 yarış qazanıb və indi Sauber maşınının sazlanmalarda əlinin bol olmaması onun problemlərini artırır: “Bu sürdüyüm ən asan maşın deyil. Qətiliklə deyil. İndiki maşınlar estetik deyillər və qabarlarda, döngələrdə bunları sürmək çox çətindir, çünki həssasdırlar.
Amma həm sazlanma, həm də performans cəhətdən ondan necə maksimumu ala biləcəyimizi anlamışıq, amma maşını sürmək asan deyil”.
Şərh əlavə et