Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Pis seriyanı sonlandırmaq istəyirik

Red Bull komandasının sürücüsü Serxio Peres MAcarıstan Qran Prisinə ümidlə gedir. 

Kokpit.az xatırladır ki, meksikalı sürücü son yarışlarda gözləntiləri qarşılaya bilmir. O, son 6 yarışda 14 xal toplaya bilib və turnir cədvəlində 2-ci yerdən 6-cı yerə yuvarlanıb. 34 yaşlı sürücü son podiumunu mövsümün 5-ci yarışı olan Çində qazanıb.

Bu pis performansına görə Serxio Peresin komandadan göndəriləcəyi söz-söhbətləri artıb. O, Macarıstan Qran Prisindən əvvəl komandanın bazasında gərgin iş görüb.

Serxio Peres: “Britaniya Qran Prisindən sonra traslardan bir az uzaqlaşmaq gözəl idi. Bəzən bu çox önəmlidir. Əksərən ailəmlə vaxt keçirdim və gərgin formada idman etdim. Komandanın bazasına da getdim. Orada mühəndislərimlə danışdım. Simulyatorda işlədim və performansımı yaxşılaşdırmaq üçün nə lazım olduğunu müzakirə etdik.

Nəticələr pisləşən zaman həll yolu tapmaq üçün güclərimizi birləşdiririk. Hazırda da bunu edirik. Bu pis seriyanı sonlandırmağa çalışırıq”.

Rauf Hacıyev

Şərh əlavə et