Xəbəri Kokpitdə Oxuyun!

Porsche Panamera liftbəki Nürburqrinqin rekordunu yeniləyib

Porsche Panamera liftbək yenidən Nürburqrinqdə Executive Cars sinfində olan ən yeyin avtomobilidir. Yeni flaqman versiyasının prototipi əvvəlki Panamera Turbo S modelinin qeydə aldığı nəticəni 5,64 saniyə, Mercedes-AMG GT 63 S 4Matic+-modelinin nəticəsini isə, 3,63 saniyə üstələyib.

Rekord gedişini Porsche şirkətinin test pilotu Lars Kern həyata keçirib. Liftbək təhlükəsizlik qəfəsi və sürücünün idman kreslosu ilə təchiz edilib. Digər cəhətdən rekordçu seriya modelindən heç nə ilə fərqlənmir.

Kernin sözlərinə görə, rekord göstəricisi təkmilləşdirilmiş aerodinamika, təkərlər, şassi sazlamaları, eləcə də köndələn dayanıqlılıq rolunu ifa edən və bütün dayaqları birləşdirən hidravlik konturu olan Active Ride asqısı sayəsində əldə edilib. Qaldırıcı qüvvəni azaltmaq üçün ön oxda opsional Carbon Aerokit dəsti quraşdırılıb və yerəbasma qüvvəsini artırmaq üçün isə, hərəkətli spoylerdə Gerni qalxancıqları peyda olub. Avtomobil xüsusi olaraq Panamera üçün hazırlanmış Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz edilib.

Güc qurğusu 4,0-litrlik V8 mühərriki əsaslanan hibriddir. Bu gün eyni qurğu Panamera Turbo E-Hybrid versiyasında quraşdırılıb və 680 at qüvvəsi və 930 Nm fırlanma anı hasil edir. Çox güman ki, söhbətin yeni Panamera Turbo S E-Hybrid getdiyini nəzərə alsaq hibrid qurğunun gücü 700 at qüvvəsini keçə bilər. Xatırladaq ki, əvvəlki model 700 at qüvvəsi və 870 Nm fırlanma anına malik idi.
(c) Autograph.az

Rauf Hacıyev

Şərh əlavə et