Kokpit.az xatırladır ki, Mercedes komandası mövsümə çox pis başlasa da, son iki yarışda qalib gələ biliblər. Bundan başqa “gümüşü oxlar” son beş yarışda podiuma yüksəliblər. Lakin əksəriyyət bu uğurları fərqli hava şəraitinə bağlayırlar. Buna görə də daha isti və fərqli konfiqurasiyalı Hunqarorinqdə Mercedes-in performansı hamıya maraqlıdır.
Mercedes Motorsport-un rəhbəri Toto Volff yarış həftəsonundan əvvəl bunları deyib: “Növbədəki cüt yarışa böyük templə gedirik. Son yarışlarda W15-i inkişaf etdirə bildik. Buna görə də Avstriya və Silverstounda çox vacib qələbələr qazanmağımıza kömək etdi. Lakin bilirik ki, maşınımız hər həftəsonu yarış qazanacaq gücdə deyil.
Komanda hazırda daha çox performans qazanacağımız şeylərin üzərində çox işləyir. Bu işlər növbəti iki yarışda və önümüzdəki yay tətilində də davam edəcək.
Hunqarorinq son bir neçə yarışı qəbul edən traslardan fərqli xarakterə sahibdir. Silverstoundan fərqli olaraq çoxlu sayda dar döngəyə və bir düzlüyə sahibdir. Bundan başqa bir neçə sürətli döngə də var. Bu səbəbdən Macarsıtan Qran Prisində maşınımız çox vacib bir testdən keçəcək. Fərqli xüsusiyyətli döngə performansımızın artın ya da artmadığını orada görəcəyik.
Artıq Macarıstan həftəsonu üçün hazırlanırıq və tamamilə önümüzdəki işlərə köklənmişik. Bunlarla mümkün qədər yaxşı formada mübarizə aparmağa çalışacağıq. Ümid edirəm ki, yüksəlişə davam edər və mövsümün ilk yarısının ən yaxşı formada bitirərik”.
Şərh əlavə et