Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen Macarıstanda yaxşı nəticəyə ümid edir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Macarıstan Qran Prisində yaxşı nəticəyə ümid edir.

Kokpit.az xatırladır ki, Red Bull komandası 2021-ci ildən sonra ilk dəfə ardıcıl iki yarışda qələbə üzünə həsrtə qalıb. “Qırmızı Öküzlər” Avstriyada Maks Ferstappenlə beşinciliyə, Britaniyada isə ikinciliyə razı olublar.

İndi növbədə Macarıstan Qran prisi var. Düzdür, niderlandlı sürücü burada son iki mövsümdə qalib gəlib, amma bu il favoritlər çoxdur və yarışı kimin qazanacağı müəmmalıdır.

Maks Ferstappen: “Macarıstan maraqlı trasdır. Dar döngələr var. İkinci sektor çox texnikidir və orada hava çox isti olacaq. Silverstoundakı yarış bizim üçün asan olmadı. Doğru qərarları versək də, görüləsi işlərimiz var, çünki mövsümün ikinci yarısını daha yaxşı keçirməliyik.

Komandanın bazasını ziyarət etdim. Simulyatorda işlədim. Növbəti yarışa hazırlandım və bu bizim üçün faydalı oldu.

Bundan başqa keçən həftəsonu Qudvuddakı Sürət Festivalına qatılaraq Red Bull Racing-in 20-ci ildönümünü qeyd etdik.

Son olaraq onu deyim ki, 2023-cü ilin Macarıstan yarışını əla keçirmişdik və ardıcıl 12-ci qələbəmizi qazanmışdıq. Burada gözəl xatirələrimiz var. Ümid edirəm ki, yenə uğurlu olar və komanda üçün daha yaxşı nəticələr əldə edərik”.

 

Rauf Hacıyev

Şərh əlavə et