Kokpit.az xatırladır ki, Amerikan komandası idmana gəldiyi 2016-cı ildən bəri Ferrari ilə texniki tərəfdaşlıq edir. Yeni müqaviləyə görə Haas 2028-ci ilin sonuna qədər Ferrari-nin güc qurğularından istifadəyə davam edəcək.
2026-cı ildən etibarən yeni motor reqlamenti tətbiq ediləcək. Bu müqavilə ilə Haas komandası motor hissəsində uzun illər problem yaşaçayacaq. İki şirkət 2016-cı ildən bəri birlikdə işləyirlər və Haas komansası Ferrari ilə birlikdə 178 yarışa çıxıb. Bu yarışlardakı ən yüksək nəticə isə 5-ci yer olub.
2026-cı ildəki motor reqlamenti hazırkı 1.6 litr həcmli V6 turbo daxiliyanma hibrid mühərriklərə yeni dizayn qazandıracaq və sintetik yanacaqdan istifadəni artırmaq üçün motorun hibrid hissələrindən daha çox güc əldə ediləcək. Bundan başqa güc qurğuları tamamilə sintetik yanacaqlarla işləyəcək.
MoneyGram Haas komandasının rəhbəri Ayao Komatsu yeni müqavilə barədə bunları deyib: “Scuderia Ferrari ilə olan tərəfdaşlığımızı 2028-ci ilə qədər uzadacağımız üçün çox həyəcanlıyam. Komanda qurulduqdan sonra ancaq Ferrari-nin güc qurğuları ilə yarışıb və bu stabilliyin növbəti motor reqlamenti ilə davam etməsi inkişafımızın vacib bir parçasıdır.
Scuderia Ferrari ilə olan tərəfdaşlıq bizim üçün həmişə xüsusi olub. Son doqquz mövsüm ərzində bizim üçün dəyərli texniki tərəfdaş oldular. Onlarla daha çox davam edəcəyimiz üçün xoşbəxtəm və layihəmizə inandıqları üçün Frederik Vassyörə və Scuderia Ferrari komandasındakı digər işçilərə təşəkkürlərimi bildirirəm.
Bu xəbər Moneygram Haas formula 1 komandasının idmana olan sədaqətinin göstəricisidir. İdmandakı investiyamız böyüməyə davam edir”.
Qeyd edək ki, MoneyGram haas Formula 1 komandası hazırda 27 xal yoplayıb və Mühəndislər Kubokunda 7-ci yerdə gedir. Ümumilikdə isə Haas komandasının 9 mövsümlük Formula 1 tarixində qazandığı ən yüksək nəticə 2018-ci ildəki 5-cilik olub.
Şərh əlavə et