Kokpit.az xatırladır ki, fransalı sürücü 2024-cü ilin sonunda Alpine komandasından ayrılacaq və yeni mövsümdə fərqli komanda ilə yarışacaq.
28 yaşlı pilot ilə çox komanda müqavilə bağlamaq istəsə də, belə görünür ki, Esteban Haas komandasını seçib. Britaniya mətbuatının təsdiqlədiyi xəbərə əsasən Okon 2025-ci il üçün Haas komandası ilə anlaşıb və rəsmi açıqlamanın tezliklə verilməsi gözlənilir.
Beləliklə, Esteban Okon gələn il debüt edəcək Oliver Berman ilə komanda yoldaşı olacaq.
Qeyd edək ki, Esteban Okon Formula 1 karyerasına 2016-cı ildə Manor komandasında başlayıb. O, 2017-ci ildə Force İndia komandasına keçib və 2019-cu ilə qədər burada yarışıb. 2020-ci ildən isə Renault (2021-ci ildən etibarən Alpine) komandası keçib.
Şərh əlavə et