Kokpit.az xatırladır ki, McLaren son 3 yarışda qələbə uğrunda mübarizə aparsa da, heç birində qazana bilməyib.
Lando Norris: “Gərgin keçən həftədən sonra bir az dincəlmək yaxşı oldu. Son 3 yarışı qeyd eetmək üçün komanda ilə bazaya qayıtdım. Bazada olanda simulyatora girdim və Macarıstan yarışından əvvəl öyrəndiyimiz hər şeyi nəzərdən keçirməyə çalışdım.
Macarıstana getmək üçün çox səbirsizlənirəm. Burada sıralanma turu çox vacib olacaq, çünki Hunqarorinqdə ötmə etmək asan deyil, amma rəqabətədavamlı olacağıq. Bir yarışda lider getmək inanilmaz olsa da, görüləcək çox işimiz var.
McLaren komandasının digər sürücüsü Oskar Piastri isə Macarıstan yarışı barədə belə danışıb: “Avstriya və Böyük Britaniyada keçirilən və maşının performansından razı qaldığım iki güclü yarışdan sonra indi də Macarıstana gedirəm. Silverstounda bəzi fürsətləri əldən verdik, amma maşının tempi çox yaxşıdır və bu hal bizi cəsarətləndirir.
Aşağı seriyalarda yarışanda Hunqarorinq trasında yaxşı nəticələr qazanmışdım. Buna görə də ora getmək üçün çox səbirsizlənirəm. Bütün komanda bu yarışa böyük inam və motivasiya ilə gedir”.
Şərh əlavə et