Xəbəri Kokpitdə Oxuyun!

Sürücülər bu dəfə çox isti havada yarışacaqlar

Macarıstan Qran Prisi günləri üçün ilkin proqnozlar isti hava vəd edir.

Kokpit.az xəbər verir ki, cümə, şənbə və bazar günlərində havanın temperaturu 33 dərəcə olacaq. Eyni zamanda həftəsonunun ilk günündə dəyişkən buludlu, növbəti günlərdə isə aydın hava olacaq.

Xatırladaq ki, keçən il burada ilk məşqlər yağışlı, qalan bütün sessiyalar isə quru havada baş tutub.

Elçin Zodorov

Şərh əlavə et