Xəbəri Kokpitdə Oxuyun!

S.Domenikali: Motor səsləri artacaq

Formula 1-in idarə heyətinin rəhbəri Stefano Domenikali bildirib ki, yeni nəsil güc qurğuları ilə motor səsləri artacaq. 

Kokpit.az bildirir ki, Formula 1 2026-cı ildə 1100 at gücündən çox performans istehsal edən motorlar akeçəcək, amma bu gücün 50 faizi hibrid tərəfdən gələcək. Bundan başqa motorlar sintetik yanacaqlarla işləyəcək. 

Güc qurğularının elektrik tərəfinə köklənildiyi üçün yeni nəsil motorların səsinin necə olacağı böyük müəmmadır, çünki hibrid motorlara keçdikdən sonra motorların səsi çox azalıb.

 

Stefano Domenikali: “Əsas məqsədimiz yeni motorların səslərinin yüksək olmasıdır, çünki bu bizim hisslərimizə birbaşa təsir edir. Azarkeşlər də bunu eşitmək istəyirlər. Buna görə də ciddi formada hər şeyə diqqət etməliyik. Bu bizim vəzifəmizdir.

Motorların fərqli səs çıxarmaqlarına ehtiyacımız var. Mən şəxsən bunu musiqi kimi görürəm. 12 silindrli motorların səsi tamamilə başqa dalğada idi və gur səsləri var idi. Sonra V10 motorlar, V8 motorlar, indi isə V6 motorlar var. Amma gələcəkdə daha da kiçilməyəcəklər. Əlbəttə, hibrid güc qurğularına ehtiyacımız var və gələcək üçün hibrid qurğulara fokuslanmışıq”

Rauf Hacıyev

Şərh əlavə et