İspan pilot Aston Martin şirkətindən bəzi unikal “fişkaları” olan adi Valor modelini almaq istədiyini etiraf edib. Ancaq onun istəklərinin siyahısının çox uzun olması orijinal modelin yaradılmasına gətirib çıxarıb.
Fernando Alonso özünü tələbkar müştəri olduğunu sübut edib: idmançı yol superkarına daha qabaqcıl kuzov dəsti əlavə etmək, arxa antiqanadı quraşdırmaq, konstruksiyanı yüngülləşdirmək və avtomobilin xarakterini dəyişmək istəyib. Hər bir fərdi təkmilləşdirmə özü-özlüyündə baha başa gəlir, üstəlik, konstruksiyaya edilən dəyişikliklər omoloqasiya tələb edir. Bununla belə, Alonsonun istəyinə uyğun olan kupeyə yaşıl işıq yandırılıb!
Bir nömrəli avtomobil ispan pilota qismət olub və daha 37 avtomobil kolleksiyaçılar tərəfindən sifariş olunub, baxmayaraq ki, çatdırılma ən azı altı ay gecikəcək. Aston Martin pərəstişkarların hətta qiymətin iki milyon funt sterlinq olması belə çəkindirməyib: qeyd etmək gərəkdir ki, yenilik orijinal Valour modelindən iki dəfə bahadır! Bununla belə, əldə edilən nəticə Fernando Alonsonun xoşuna gəlib. “Bir şah əsəri yaratdığımıza inanıram. Valiant mənim son həddə sürmək ehtirasımdan doğulub”, – ispan pilot jurnalistlərə bildirib.
Şərh əlavə et