Xəbəri Kokpitdə Oxuyun!

Şumaxer ailəsinə edilən şantajın təfərrüatları məlum olub

İnternetdə yeddiqat dünya çempionu alman Mixael Şumaxerin ailəsinin şantaj edilməsi ilə bağlı yeni söz-söhbətlər yayılıb.

Kokpit.az xatırladır ki, iyun ayında Almaniya polisi məşhur yarışçının vəziyyəti ilə bağlı şəxsi məlumatların açıqlanmaması müqabilində ailəsindən 12 milyon avro pul tələb etdiyi iddia edilən üç nəfəri həbs etmişdi.

Şumaxer ailəsinin təhlükəsizlik xidməti ilə əlaqəli olan şübhəlilərdən biri Mixael haqqında xəstəxana qeydləri, fotoşəkillər və videolar da daxil olmaqla 1500-dən çox faylın olduğu iki sərt diski oğurlayıb. Bu faylların bəziləri şantajın həqiqiliyini sübut etmək üçün Şumaxer ailəsinə göndərilib.

Cinayətkarlar sübut göndərmək üçün anonim elektron poçt ünvanı yaradıblar, bundan sonra Şumaxer ailəsi Almaniya polisi ilə birgə əməliyyat keçirən İsveçrə hakimiyyətinə müraciət edib. Həmçinin şübhəlilərdən birinin 10 min avro girov müqabilində sərbəst buraxıldığı bildirilir.

Elçin Zodorov

Şərh əlavə et