Kokpit.az xatırladır ki, Sauber komandası mövsümün ilk yarısının bitməsinə iki yarış qalmış çox pis vəziyyətdədir. İsveçrə təmsilçisi hələ də xal qazana bilməyən yeganə kollektivdir. Lakin belə görünür ki, komandanın problemi çoxdur.
Almaniya mətbuatının yazdığına görə Sauber komandasının rəhbərliyi yola getmirlər. İddialara görə Sauber Qrupun idarə heyətinin rəhbəri Andreas Zaydl ilə Audi Sport-un müdiri Oliver Hoffmanın münasibətləri pisləşib.
Hoffmanı Audi-nin yeni idarə heyətinin rəhbəri Qernot Döllner Formula 1 proqramının başına gətirib. İddialara görə iki rəhbər arasında vəzifə üçün mübarizə aparırlar.
Buna görə də Audi komanda rəhbərliyi üçün alternativlərə baxır və ilk namizəd Mayk Krakdır.
İddialara görə Mayk Krak həm Lourens Strollun yanaşmasına, həm də Əndi Kovelin gəlişinə görə Aston Martin-də özünü yaxşı hiss etmir.
Növbəti mövsümdə Sauber komandasında Niko Hülkenberqin komanda yoldaşının kim olacağı hələ məlum deyil. İndiyə kimi İsveçrə təmsilçisinin siyahısında olan heç bir sürücü “hə” cavabı verməyib.
Şərh əlavə et