Kokpit.az xatırladır ki, Red Bull komandası 2021-ci ildən sora ardıcıl iki yarışda qalib gələ bilməyib. Növbədə MAcarıstan yarışıdır. Maks Ferstappen son iki mövsümdə burada rahatlıqla qazanıb. Lakin son dövrlərdə Mercedes və McLaren-in tempini nəzərı alsaq, “qırmızı öküzlər”in işləri bu il asan olmayacaq.
H.Marko: Macarıstan yarışı çətin keçəcək
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Macarıstan Qran Prisini qazanmaq heç də asan olmayacaq.
Helmut Marko: “Qalib gəlmək o qədər də asan olmayacaq. Silverstounda yenə də ən sürətli maşın bizdə deyildi. Bir neçə problemimiz olmasa da, problemimiz var idi. Buna baxmayaraq yarışlardan sonra çempionatdakı fərqi artırmağa davam edirik. Buna görə də problem yoxdur.
Maksın qazanmaq istəyi hamıya məlumdur, amma Silverstoundakı yarışlar Formula 1-in idman imicinə müsbət yöndə təsir edir. Əks halda hər şey darıxdırıcı olardı”.
Əgər Mercedes ən sürətli komanda olsa, Maks Ferstappenin almaniya təmsilçisinə keçmə ehtimalı barədə Helmut Marko belə danışıb: “Əgər, əgər, əgər deyə-deyə qalmısınız. Bunların hamısı dedi-qodudur. Dedi-qoduları müzakirə etməycəyəm.
Siz çox gələcəyə baxırsınız. Hələ ən sürətli maşın sahib deyillər. Sadəcə Silverstoundakı soyuq hava işlərinə yaradı. Ümumilikdə istidə problem yaşayırlar. Bundan başqa biz çempionatı qazanmağa köklənmişik. Serxio Peres formasına qayıtmalıdır. Bütün uğursuzluqlardan əlavə psixoloji problemləri də var”.
Şərh əlavə et