Xəbəri Kokpitdə Oxuyun!

Red Bull RB17 Hiperkarı təqdim edilib

Red Bull şirkəti Gudvud Sürət Festivalında hamının maraqla gözlədiyi RB17 hiperkarını təqdim edib. 

Kokpit.az bildirir ki, bu maşının inkişafına 2022-ci ilin iyun ayında başlanmışdı. Maşın nəhayət ki, Qudvud Sürət Festivalında təqdim olunub. Lakin ilkin təqdimatdan sonra bəzi şeylər dəyişilib. Məsələn, hazırda hiperkar Nyuinin Formula 1-dən ilhamlandığı V8 motorla yox, 4.5 litr həcmli V10 motorla təchiz edilib. Bundan başqa RB17 artıq 4 təkərdən çəkişli avtomobil deyil.

Ədrian Nyui: “Əsas çətinlik original dizaynla müqayisədə dəyişiklik etmək oldu, çünki 1000 at gücündə, 150 kiloqramlıq daxiliyanma mühərriyi istəyirdim. Bunu V8 turbo motorla təmin etmək olardı. Lakin bu atmosferik mühərrik kimi yaxşı səs vermir. Mənim və əksəriyyət üçün Formula 1-in əsas səsi 2005-ci ilə qədər istifadə olunan yüksək dövrlü V10 motoru idi”.

RB17-nin istehsalı yeni başlayıb və ehtiyat hissələrin də istehsalına start verilib. Maşının son versiyası bir trasda test ediləcək və Qudvudda təqdim edilən modeldən daha kiçik və fərqli stildə olacaq.

Ədrian Nyui Qudvudda nümayiş etdirilən maşın barədə belə danışıb: “Bu, hələlik olan görüntüdür. Demək olar ki, birillikdir və o zamandan bəri maşını təkmilləşdirməyə davam edirik. Sadəcə dizaynı yox, başqa şeyləri də dəyişdirdik. Maşın həm uzunluğuna, həm də genişliyinə görə indi nümayiş olunandan kiçikdir. Bundan başqa stil də dəyişdirilib”.

Planda WEC-də yarışmaq var.

RB17 hiperkar olsa da, Ədrian Nyui bu maşını yığarkən Dünya Dözümlülük Çempionatının təhlükəsizlik reqlamentini də nəzərə alıb: “Başqa şeyləri də sazlamalı idik, çünki WEC-in bütün təhlükəszilik reqlamentini qarşılamasını istədik”.

Ədrian Nyuinin sözlərinə görə RB17 WEC-də yarışa bilər, amma bunun üçün maşının aerodinamikası yenidən yığılmalı və fərqli motora keçilməlidir.

RB17 avtomobilindən cəmi 50 ədəd istehsal ediləcək. Nyui bu layihəni yaxından izləmək üçün bir neçə ay ərzində Red Bull-da qalacaq və daha sonra Red Bull-dakı vəzifəsindən gedəcək.

 

Rauf Hacıyev

Şərh əlavə et