Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Sürücülər əvvəllər daha səmimi idilər

Fernando Alonso hazırda Formula 1-də yarışan ən təcrübəli və yaşlı sürücüdür. O, çempionatda debütünü 2001-ci ildə Mixael Şumaxer, Mika Hakkinen, Jak Vilnöv, Rubens Barrikello, David Kulthard, Eddi İrvayn və digər eyni dərəcədə məşhur sürücülərin dövründə edib.

Kokpit.az bildirir ki, Financial Times qəzetinə müsahibə verən ikiqat dünya çempionu indiki sürücüləri yaşlı nəsillə müqayisə edib.

Fernando Alonso: “Onlar arasında mütləq müəyyən fərqlər var. Mən inanıram ki, yaşlı nəsil daha səmimi idi. Bütün yarışçılar xaraktercə, işə və həyata yanaşmalarına görə fərqlidirlər, lakin onların hamısı çox güclü rəqiblər idi.

Deyərdim ki, indi gənc sürücülər təlim, yarış akademiyaları, simulyatorla iş və texnologiya sayəsində çox istedadlı – bəlkə də əvvəlkindən daha istedadlıdırlar. Onların ixtiyarında daha çox məlumat var ki, öyrənsinlər və sürətlə inkişaf etsinlər. İndi sürücülər Formula 1-də daha hazırlıqlı debüt edirlər.

Bununla belə, trasdan kənarda, yarış dəbilqəsini çıxaranda hamısı eyni, daha utancaq olurlar. Onların mətbuatla işləmək, idarəetmə, bədən tərbiyəsi və s. üzrə məsul köməkçiləri var. Gənc sürüücülər yaxşı hazırlaşıblar, amma bəlkə də buna görə xarizmaları bir qədər azdır”.

Elçin Zodorov

Şərh əlavə et