Kokpit.az xatırladır ki, Türkiyə İş Bankı bu ilin İtaliya yarışında RB komandasının sponsorlarından biri olacaq. İş Bankının loqotipləri bolidlərin üzərinə və sürücülərin kombinezonlarına yapışdırılacaq. Bununla da Türkiyə İş Bankı Formula 1-də sponsor olmuş ilk türk bankı statusunu qazanacaq.
İstanbulda buna görə təqdimat keçirilib və təqdimata Visa Cash App RB Formula 1 komandasının maşınının real maketi gətirilib.
Visa Türkiyənin müdiri Samilə Mümin bu barədə belə danışıb: “Visa Cash App Formula 1 komandasının İş Bankı ilə tərəfdaşlıq etməsindən qürur duyuruq. Türkiyədəki fəaliyyətimizin 40-cı il dönümündə səhmdarlarımız üçün unudulmaz təcrübələrə imza atmağın yeri bizim üçün ayrıdır. Visa olaraq etdiyimiz bu tərəfdaşlıqlar üzvlərimizin marka dəyərini gücləndirir. İş Bankının 100-cü ilində etdiyimiz bu tərəfdaşlığa görə sevincliyik”.
İş Bankının rəhbəri Hakan Aran isə fikirlərini belə ifadə edib: “İtaliyada keçiriləcək yarış üçün Visa ilə imzaladığımız bu tərəfdaşlığı həyəcanla qarşılayırıq. Dünya səviyyəsində milyonlalra insanın yaxından izlədiyi belə yarışda ilk dəfə Türkiyə bankının loqotipi yarış maşınının üzərində olacaq və bunun sevincini bütün səhmdarlarımızla paylaşırıq. Bu müqavilənin yaranmağımızın 100-cü ilində bağlanması bizim üçün daha qiymətlidir. Sürətin, yeniliyin və yüksək texnologiyanın ən yüksək səviyyədə təmsil edildiyi həyəcanlı yarışda Visa Cash App RB Formula 1 komandasına və sürücülərinə uğurlar arzulayırıq”.
Qeyd edək ki, daha əvvəl Petrol Ofisi şirkəti Formula 1-də sponsor olaraq çıxış edib. Petrol Ofisi 2006-2008-ci illərdə əsasən Türkiyə Qran Prilərində Honda komandasına sponsorluq edirdi.
Şərh əlavə et