Kokpit.az bildirir ki, Sauber Formula 1 komandası idarə heyətini gücləndirmək üçün Mercedes komandasından yüksək səviyyəli bir mühəndislə anlaşıb.
Sauber komandası yeni yaradılan Proqram Direktoru vəzifəsi üçün 13 il Mercedes-də işləmiş Stefan Strençlə müqavilə bağlayıb. Strenç birbaşa komandanın idarə heyətinin rəhbəri Andreas Zaydla izahat verəcək.
Qeyd edək ki, Strenç Mercedes-dən iyun ayının sonunda ayırılıb və Sauber-də oktyabrın 1-dən etibarən işləməyə başlayacaq.
Qeyd edək ki, strenç ümumilikdə 23 ildir ki, Formula 1-də işləyir. O, bu müddət ərzində Toyota, BAR-Honda, Lotus, Renault və Mercedes kimi komandalarda işləyib. Belə görünür ki, onun bu tərcüməyi halı Audi şirkətinin də xoşuna gəlib.
Şərh əlavə et