Kokpit.az xatırladır ki, Mercedes komandası hələ də gələn il Lyuis Həmiltonu əvəzləyəcək adam tampmayıb. Hazırda Karlos Sayns da boşda olduğu üçün ispaniyalı pilotun adı “gümüşü oxlar”la hallanır.
Düzdür, bir neçə həftə əvvəl bu ehtimal aradan qalxmışdı, amma əksəriyyət düşünür ki, Kimi Antonelli daha bir il Formula 2-də yarışmalıdır.
Ralf Şumaxer isə bildirib ki, Karlos Sayns əvvəl Mercedes-lə birillik müqaviləyə razı olmasa da, indi işlər dəyişib: “Karlos Sayns üçün işlər getdikcə qarışıq olmağa başlayır. Hamı düşünürdü ki, o Williams-a keçəcək. Lakin hazırfa belə görünür ki, bu onun üçün seçim deyil.
Məncə, Alpine-nin qapıları da onun üçün açıqdır, amma Toto Volffun son çıxışlarına baxsaq, onun Mercedes-ə keçmək şansı var, çünki Toto vəziyyətin dəyişdiyini demişdi.
Mən də artıq düşünürəm ki, Sayns hazırda Corc Rassell üçün ən uyğun komanda yoldaşıdır”.
Şərh əlavə et