Xəbəri Kokpitdə Oxuyun!

Mercedes Rasselin probleminə bələd imiş

Mercedes komandasının baş yarış mühəndisi Əndryu Şovlin bildirib ki, onlar Corc Rassellin mübarizəni dayandıracağını bilirlərmiş.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Silverstoundakı yarışa pouldan başlasa da, soyutma sistemindəki problemlərə görə mübarizəni 33-cü dövrədə dayandırmalı olmuşdu.

Əndryu Şovlin: “Təəssüflər olsun ki, problemin nə olduğunu yarışın əvvəlindən bilirdik. İlk dövrələrdən etibarən vəziyyəti izləyirdik. Soyutma siztemində bir sızıntı var idi və bu da təzyiqin düşməsinə səbəb oldu. Sonda güc qurğusunu həddən artıq qızdırmamaq üçün yarışdan çəkilməyə qərar verdik. Bilirdik ki, finişə çatmaq mümkün olmayacaq. Yarışdan çəkilərək güc qurğusuna zərər vermədik və növbəti yarışlarda cəza almaqdan qurtulduq. Komanda Corcu motoru qorumaq üçün yarışdan çəkdi. Damalı bayrağa çatmaq mümkünsüz idi”.

Rauf Hacıyev

Şərh əlavə et