Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: 6 sprint yarışının yeri məlum olub

FİA və Formula 1 bu gün 2025-ci ildə Formula 1 mövsümündə sprint yarışlarını qəbul edəcək 6 trasın adını açıqlayıb. 

Kokpit.az xatırladır ki, Formula 1 keçən günlərdə 2025-ci il təqvimini açıqlamış və təqvimdəki traslarda dəyişiklik olmayacağını bildirmişdi. Təqvim açıqlananda sprint yarışlarının hansı ölkələrdə keçiriləcəyi açıqlanmamışdı, amma bu gün 6 sprint yarışının yeri və tarixi məlum olub.

Rəsmi açıqlamaya əsasən 2025-ci ilin ilk sprint yarışını Çin qəbul edəcək. Formula 1 rəhbərliyi bundan qısa müddət sonra Mayamidə sprint yarışı təşkil edəcək. Belçika, Ostin, Braziliya və Qətər isə Sprint yarışlarının keçiriləcəyi digər ölkələr olacaq.
Formula 1 rəhbərliyinin açıqlamasına əsasən hələlik formatda heç bir dəyişiklik gözlənilmir. Sprint həftəsonlarında əvvəl cümə günləri birinci sərbəst yürüşlər və sprint sıralanma turu, şənbə günü sprint yarışı və əsas yarışın sıralanma turu, bazar günü isə əsas yarış olur.

 

Tarix Yer
21-23 Mart Çin
4-6 Aprel Miami
25-27 İyul Belçika
17-19 Oktyabr Austin
7-9 Noyabr Braziliya
28-30 Noyabr Qətər

Rauf Hacıyev

Şərh əlavə et