Kokpit.az bildirir ki, Toyota şirkəti Haas komandası ilə ortaqlı q üçün təmada keçib. Bu tərəfdaşlıq keçən il sona çatan Alfa Romeo-Sauber tərəfdaşlığı kimi ola bilər.
Macarıstan mətbuatı bildirir ki, tərəflər 2026-cı ildən əvvəl işləməyə başlamaq istəyirlər. Eyni mənbə bildirir ki, Toyota şirkəti 2025-ci ildən etibarən toyota Haas ilə detal mövzusunda tərəfdaşlıq qura bilər. Yaponiyalı istehsalçının yaxın dövrlərdə motor istehsal etmək planı yoxdur, amma Toyota 2026-cı il üçün şassi sitehsalında Haas ilə birlikdə işləmək istəyir.
Əgər bu trəfdaşlıq baş tutsa, Haas komadası Toyota-nın Kölndəki aerodinamik borusundan istifadə edə biləcək. Qeyd edək ki, bu aerdoinamik boru son illərdə əksər komandalar tərəfindən istifadə edilib. Belə müqavilə Formula 1 Dünyası üçün yaxşı ola bilər, amma hər şeydən əvvəl Haas və Toyota son qərarı verməlidirlər.
Şərh əlavə et