Kokpit.az bildirir ki, test Silverstoun trasında baş tutub və Pirelli şirkəti 2025-ci il təkərlərini test etmək üçün üç komanda ilə ikigünlük testə çıxıb.
McLaren komandası testin ilk günündə Mik Şumaxer ilə trasa çıxıb. Almaniyalı sürücü bu mövsüm WEC-də Alpine ilə yarışır və Formula 1-də Mercedes komandasının ehtiyat sürücüsüdür. McLaren isə Mercedes-in güc qurğusundan istifadə etdiyi üçün Mikə bu fürsəti verib.
Əfsanəvi Mixael Şumaxerin oğlu MCL38-in sükanı arxasına keçib və 53 dövrə vurub. O, 1.37.428 zaman nəticəsi göstərib.
McLaren-dən başqa Williams və Haas komandaları da testdə olub. Aleks Elbon 86 dövrə vuraraq, günün ən uzun məsafəsini qət edib və onun ən yaxşı nəticəsi 1.41.116 olub.
Haas komandasında isə ehtiyat sürüü Petro Fittipaldi olub. O, 62 dövrə tamamlayıb və onun ən yaxşı nəticəsi 1.42.124 olub.
Testlər üçüncü gün də davam edəcək. McLaren komandasında Mik Şumaxeri Lando Norris, Williams komandasında Aleks Elbonu Loqan Sarcent, Haas komandasında isə Petro Fittipaltini Oliver Berman əvəz edəcək.
Şərh əlavə et