Xəbəri Kokpitdə Oxuyun!

S.Peres fasiləyə görə sevinir

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, istirahətə ehtiyacı var.

Kokpit.az xatırladır ki, meksikalı sürücü son 6 yarışdan sadəcə 17 xal toplayıb. Komanda yoldaşı Maks Ferstappen isə sadəcə sonuncu Britaniya yarışından 18 xal toplayıb. Bu isə iki sürücü arasındakı səviyyə fərqini göstərir.

Serxio Peres Britaniya yarışına pit yolundan başlayıb. O, keçid təkərlərinə tez keçib, qumar oynasa da, faydası olmayıb və 34 yaşlı pilot evinə xalsız qayıdıb.

Serxio Peres: “Yarışda şansımızı sınadıq. Risk almağa çalışdıq, amma qumarı bir az tez oynadıq. Quru asfaltda 7 dövrə ərzində keçid təkərləri ilə sürdüm və təkərlər tamamilə yeyildi.

Sonra yağış başlayanda təkər təmiz yeyilmişdi. Yağışın güclənəcəyi deyilsə də, o yağış heç vaxt güclənmədi.

Sonra yenidən pitə gəldik. Lider qrupun ortasına düşdük və bundan sonra yüksəlmək çətin idi. Nahardan sonra heç də asan olmadı. Aldığımız qərarlarla çox vaxt itirdik. Yenə də qumar oynamalı idik. Böyük xallar istəyirdik. Qumar oynasaq da, yarışda heç bir şansımız yox idi.

İndi isə komanda olaraq özümüzə gəlməmiz üçün fasilə vermək lazımdır.

Pit-stop qərarı komandaya aid idi. O andakı yerimizi düşünəndə riskli idi. Komanda bəxtini sınadı və risk aldı, amma işə yaramadı.

İndi isə yaranan fasiləyə görə sevincliyəm. Məncə, bir az fasilə yaxşı olacaq. Bunun hesabına növbədəki iki yarışa – Macarıstan və Belçika – hazırlana biləcəyik.

Britaniya Qran Prisinə gəldikdə isə ən güclü cümə günümüzü keçirdik. Buna görə də tuneldə bir az işıq görürəm. Eyni zamanda çox məyusedici yarış idi. Yenə də işimizə köklənməliyik”.

Son dövrlərdə Serxio Peresin pis performansına görə komandadan qovulacağı dedi-qoduları yayılıb. Meksikalı pilot bu barədə də fikrini bildirib: “Müqavilədə nə olduğunu bilirəm. Bunun diqqətimi dağıtmasına icazə verməyəcəyəm. Növbəti iki yarışa fokuslanıb bu çətin zolaqdan çıxacağam”.

 

Rauf Hacıyev

Şərh əlavə et