Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Kardile Aston Martin-ə keçib

Aston Martin komandası Ferrari-nin şassi üzrə texniki direktoru Enriko Jardile-ni transfer etdiyini rəsmən bildirib. İtalyan mütəxəssis yeni komandasın baş texniki direktor olacaq.

Kokpit.az xatırladır ki, Enriko 24 saat əvvəl rəsmi olaraq Ferrari komandasından ayrılmışdı və onun Aston Martin-ə getməsi gözlənilirdi. Bu gün isə Kardilenin yeni komandasındakı rolu və yeni işinə nə zaman başlayacağı müəyyən olub. Rəsmi açıqlamaya əsasən Kardile Aston Martin-ə 2025-ci ilin əvvəlində qatılacaq. Bu isə o deməkdir ki, Kardile bir müddət işsiz qalacaq.

Enriko Kardile: “Aston Martin komandasına qatılmaq üçün səbirsizliklə gözləyirəm. Oradakı hirs və istək açıq-aydın görünür. Mən də buradakı macəranın bir hissəsi olacağam və xoşbəxtəm. Bu şəxsi və peşəkar meydan oxuma olacaq. Bu əfsanəvi brendə uğurlu günlər yaşatmaq üçün onlarla birgə işləməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Aston Marton komandasında baş texniki direktor vəzifəsini Enriko Kardiledən əvvəl Əndryu Qrin icra edirdi.

Xatırladaq ki, bir neçə gün əvvəl Mercedes komandasının sabiq baş motorçusu Əndi Kovel idarə heyətinin rəhbəri olaraq Aston Martin-ə qatılacağını açıqlamışdı.

Bu transferlərdən başqa Aston Martin komandası Ədrian Nyuini də heyətinə qatmaq istəyir.

 

Aston Martin’de CTO rolünü Cardile’den önce Andrew Green üstleniyordu.

Geçtiğimiz haftalarda Mercedes’in eski motor şefi Andy Cowell’in de Grup CEO’su olarak Aston Martin’e katılacağı açıklanmıştı.

Bu anlaşmaların da ötesinde Aston Martin, Red Bull’dan ayrılan Adrian Newey ile anlaşmak için de favori konumunda.

Rauf Hacıyev

Şərh əlavə et