Xəbəri Kokpitdə Oxuyun!

Mercedes növbəti iki yarışa yeniliklər gətirəcək

Son iki yarışı qazanmış Mercedes komandası Budapeşt və Spa traslarındakı yarışlara da yeniliklər gətirəcək.

Kokpit.az xatırladır ki, “gümüşü oxlar” Avstriyada Corc Rassellə qalib gəldikdən sonra Lyuis Həmilton doğma vətənində yarış qazanıb. Bu, yeddiqat Dünya Çempionunun 2 il 8 aydan sonra ilk qələbəsi olub.

Mercedes komandası Silverstoundakı yarışa ilk iki yardən başlamışdı, amma bura hava şəraitinin də önəmli rolu var idi, çünki müəyyən nöqtələrdə McLaren-in sürətli olduğu görünürdü.

Yenəd Mercedes yarışda qələbə uğrunda mübarizənin içində oldu və sonda yarışı qazanaraq, uzun illər sonra ilk dəfə ardıcıl iki qələbə əldə etmiş oldu.

Mercedes-in avtoidman direktoru Toto Volff bildirib ki, onların dayanmaq fikri yoxdur və növbəti iki yarışa da yeniliklkərlə gələcəklər: “Performans cəhətdən daha çox yenilik gələcək və bu zaman ərzində Budapeş və Spa-ya yeniliklər gətiririk. Keçən həftə Ferstappen və Norrisin təmasından faydalanaraq qalib gəlsək də, Britaniyada dürüst qələbə qazandır. Sürətimiz qələbə üçün yetərli idi. Corc və Lyuis arxa-araxaya gedirdilər. Demək olar ki, bütün hava şəraitlərində yaxşı idik”.

 

Toto Volff komandasının inkişafından razıdır: “Beş yarış əvvəl podium uğrunda mübarizə belə apara bilmirdik. Artıq 3 il idi ki, vəziyyətimiz pis idi. Lakin hər şey yerinə oturdu. Birdən-birə məntiqi olmayan şeylər məntiqli hala gəldilər. İnkişaf üzərində gördüyümüz işlər əvvəlki illərdə olduğu kimi bəhrəsini verməyə başladı. Bunu maşına da əks etdirdik və inkişafımız dövrəvi nəticələrdə də özünü göstərir.

Son iki ildə vəziyyət belə deyildi. Sürücülərimizə yarış qazanacaq maşın verə bilmirdik. Lyuisin Mercedes-dəki son Britaniya yarışını qazanması isə əsl nağıl kimidir. Bundan yaxşı ssenari ola bilməzdi. Hazırda gördüyümüz işin doğru olduğuna inanırıq”.

Xatırladaq ki, Mercedes komandası artıq ardıcıl 4 yarışdır ki, podiuma çıxır. Bunlardan ikisi isə qələbə podiumudur.

Rauf Hacıyev

Şərh əlavə et