Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Enriko Kardile Ferrari-ni tərk edib

Scuderia Ferrari komandası Enriko Kardilenin şirkətdən və şasi texniki direktorluğu vəzifəsindən ayrıldığını mətbuata bildirib. 

Kokpit.az bildirir ki, Kardile Ferrari komandasında demək olar ki, 20 il idi işləyirdi. O, “qırmızı”ların heyətindən ayrılaraq, Aston Martin komandasına keçəcək.

Enriko Kardilenin vəzifəsini müvəqqəti şəkildə komandanın rəhbəri Frederik Vassyör icra edəcək.

 

Ferrari komandası bu barədə belə açıqlama verib: “Ferrari komandasında demək olar ki, 20 il işləmiş Enriko Kardile istefa verib. Scuderia Ferrari HP komandasındakı hər kəs Enrikoya uzun illər gördüyü işlərə görə təşəkkür edir”.

 

Rauf Hacıyev

Şərh əlavə et