Xəbəri Kokpitdə Oxuyun!

N.Hülkenberq: Artıq stabilik

Haas komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, hazırda beşinci komanda olmaq üçün əllərindən gələni edirlər.

Kokpit.az xatırladır ki, almaniyalı sürücü  Britaniya Qran Prisində 6-cı olub və Haas komandası 27 xalla yeddinci yerdədir.

Niko hülkenberq: “Sözün açığı yenidən səkkiz xal qazanmaq və ardıcıl iki yarışda altıncı olmaq gözəldir. Mükafatlandırıcı hissdir. Gözlənilməz olsa da, buna layiqik. Bunun üçün çox işlədik. Səhv etmədik və strategiyamız yaxşı idi.

Aetıq əminəm ki, yeniliklər maşına bir şeylər qatıb. Hazır ən sürətli beşinci komanda olduğumuzu düşünürəm. Bu həftəsonu xüsusən də digər orta sıra komandalarla və güclü komandalarla aramızdakı fərqi bir az qapatdıq. Bu mövsüm çox stabilik və bunu davam etdirməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et