Kokpit.az bildirir ki, hazırda Formula 1-in əsas gündəmlərindən biri Karlos Saynsın növbəti mövsüm harada yarışacağıdır. Hazırda ispaniyalı sürücünün adı Audi, Williams və Alpine komandaları ilə hallanır.
Karlos Sayns: “Qərarımı verənə qədər gələcəyim barədə danışmamağı qərarlaşdırdım. Qərar verdiyim zaman bunu hamıdan əvvəl siz öyrənəcəksiniz.
Bu hal diqqətimi dağıdır. Bu barədə yalan danışmayacağam. Bazar ertəsindən dördüncü günə qədər bir neçə dəfə telefonla danışıram. Telefonda çox vaxtım gedir. Menecer komandamla toplantılar edirəm. Bundan başqa danışdığım komandalarla da toplantılarım olur.
Vəziyyəti anlmağa və real bir rəsmə sahib olmağa çalışıram. Böyük ehtimalla stressli və vaxt alan bir haldır.
Tamamən əlaqəni kəsib dincəlməkdənsə, zehnimiz tamamilə başqa yerdə olur və gələcəyimizi düşünüb, nə olacağını fikirləşirik. Yəni ki, yaxşı hal deyil.
Eyni zamanda dördüncü gün trasa gəldiyimdə və mühəndislərin toplantısına girdiyimdə hiss edirəm ki, yaxşı formada işləyəcəm. Dəbilqəni başıma taxanda özünü 100 faiz potensialda hiss edirəm. Avstriya yarışında da yüksəl səviyyədə idim və bu da onu göstərir ki, Formula 1-dəki ən yaxşı mövsümlərimdən birini keçirirəm.
Ancaq ikiüzlü olmayacam. Müqavilə cəhətdən hər şey qaydasında olsaydı hər şey indikindən daha yaxşı olardı”.
Şərh əlavə et