Xəbəri Kokpitdə Oxuyun!

McLaren köhnə detalları bərpa edib

McLaren komandası Avstriyada Maks Ferstappenlə təmas yaşayan Lando Norrisin maşının bərpa etmək üçün zədə görmüş detallardan istifadə edib.

Kokpit.az xatırladır ki, Lando Norris Avstriya yarışında Maks Ferstappenlə insident yaşayaraq mübarizəni dayandırmışdı.

Lando Norris bildirib ki, McLaren komandası maşını təmir etmək üçün böyük iş görüb və bunun üçün zədələnmiş köhnə detallardan istifadə edib: “Hər şey qaydasındadır. Komandamızda bu insident təkcə bu həftəsonuna yox, mövsümə təsir etdi. Daha əvvəl zədələnmiş altlıq detallarımız var və bunları bərpa edib, hazır vəziyyətə gətirdik.

Komanda hər şeyi hazırlamaq üçün əla işlədi. Ardıcıl 3 yarışda işlərin asanlıqla tərs gedə biləcəyini və maşının zədə alma ehtimalı olduğunu bilirdik.

Maşının altlığına zərər vermək çətin deyil. Bir kerbin üzərindən keçəndə altlıq asanlıqla zədələnə bilir. Buna görə də komanda bu həftəsonu üçün yetərli sayda detal bərpa edə bildi.

Bu təmasdan sonra saydpod, əyləc kanalları kimi detallar təsirləndi. Çempionluq uğrunda mübarizə aparırıq və buna görə də həmişə limitləri tapmağa çalışırıq. Büdcə limitini düşünəndə mümkün olan hər qəpiyi dəyərləndiririk. Buna görə də yaşadığımız hadisə məyusedicidir. Amma komanda bu dəfə əla iş gördü”.

Rauf Hacıyev

Şərh əlavə et