Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Zədəli altlıqla əlimizdən gələni etdik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bolidin altlığında problem olduğu üçün dördüncü yerdən razı qalıb. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü sıralanma turunun ilk sessiyasında çınqıllığa girib, amma yenidən trasa qayıda bilib. Lakin Maksın maşınının altlığında böyük zədə əmələ gəlib. Bu zədəyə görə də o, Corc Rassell, Lyuis Həmilton və Lando Norrisdən sonra 4-cü yerə razı olub.

 

Maks Ferstappen: “Sıralanma turunda səhc zamanda səhv yerdə idim. Bir dövrədə, bir döngədə yağış yağırdı və mən səhv zamanda orada idim. Yavaşladım, amma boliddə asfaltla ilişmə yox idi. Daha sonra hər şey bitdi. Əslində sıralanma turunun ilk sessiyasında yağış gözləmirdik, ancaq yeddinci döngədə yağış yağırdı. Heyif ki, altlığı dağıtdım. O andan etibarən boliddən maksimum nəticə almağa çalışırdım. Doğrudan da zərəri minimuma endirmək üçün əlimdən gələni etdim.

Komanda məncə, əla iş gördü, çünki boliddə çox problem var idi. Sessiya ərzində əlimizdən gələnin ən yaxşısını etdik. Dördüncü yer birinci sessiyadakı insidentdən sonra gözlədiyimizdən də çox yaxşı nəticə idi. Buna görə komandaya çox təşəküür edirəm, çünki hər kiçik detalı ən yaxşı hala gətirmək üçün çox işlədirlər. Əvvəl altlıq lap pis vəziyyətdə idi.

Əlbəttə, belə halların yaşanmasını istəmərəm, amma bəzən hava şəraiti kimi nüanslar sizin nəzarətinizdə olmur. Buna görə də bu vəziyyəti qəbul etməliyəm. Əlbəttə, birinci yerdə olmaq istərdim. Məncə, birinci yer üçün mübarizə apara bilərdik. Yenə də mübarizənin içindəyik. Hələ də hər şey mümkündür və böyük ehtimalla bir az limitlərdə sürməli olacağıq və bu da əyləncəli haldır. Buna görə də yarış bizim üçün çox maraqlı keçəcək. Hava şəraitinin də təsiri olacaq. Ümid edirəm ki, yağış yağmaz və quru yarış keçər, çünki yarışın çox yaxın mübarizə şəraitində keçəcəyini düşünürəm.

Sıralanma turundan əvvəl maşında çoxlu dəyişiklik etdik və maşın sıralanma turunda bir az daha yaxşı idi. Sadəcə alrlıq zədələndiyi üçün bunu göstərə bilmədik. Ümid edirəm ki, yarışda yeni altlığı götürəndə hər şey daha yaxşı olar və öndəki sürücülərlə mübarizə apara bilərik.

Ümid edirəm ki, yarışda mübarizənin içində olarıq. Təbii ki, əvvəlcə yeni bir altlığa ehtiyacım var və daha sonra yarışda nələrin baş verəcəyini görəcəyik. McLaren komandası əksər hallarda yarışda güclü olur. Ancaq bu yarışdır və hər şey baş verə bilər. Strateji qərarlar verməliyik. Hava şəraiti də dəyişəcək. Yarışda görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et