Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso məyusdur

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Britaniyadakı sıralanma turunda daha yaxşı təsir bağışlayıblar.

Kokpit.az xatırladır ki, “yaşıllar” Kanada Qran Prisindən sonra ilk dəfə sıralanma turunda son sessiyaya qalıblar. Düzdür, ispaniyalı sürücü son sessiyadakı son cəhdini yarıda dayandırıb və 10-cu yeri tutub.

Fernando Alonso: “Çox məyusam, çünki son cəhdimi tamamlaya bilmədim. Son sessiyada sadəcə bir  dəst yeni təkərimiz var idi və o cəhdimi də tamamlaya bilmədim və çox məyusam. Trasa çxış dövrəsində mən, Karlos Sayns və Oskar Piastri arasında böyük mübarizə var idi. Dövrəyə bir yerdə başladılar və buna görə də nəticələri yaxşı olmadı. Mən də son döngədə birinci sürətlə başladım. Buna görə də üçüncü döngədə yarım saniyə uduzurdum. Yekunda pitə girdik.

İkinci sessiyada üçüncü olmuşduq. O nəticəni göstərsək, son sessiyada altıncı olacaqdıq. Ən pis halda yeddinci ya da səkkizincilik var idi. Buna görə pis oluram, amma artıq əlimizdən heç nə gəlmir.

Barseloana və Avstriyadakı qarşılaşdığımız bir neçə problemi anladıq və bu yarışdan əvvəl bəzilərini düzətmək üçün işlədik. Deyəəsn işlər qaydasındadır. Yenidən beşinci ya da altıncı ən sürətli koamdayıq. Ümid edirəm ki, iki maşınla da xal uğrunda mübarizə apararıq.

Məncə, artıq daha çox asfaltla ilişməmiz var. Demək olar ki, eyni maşındır və sürüş də eynidir, lakin bir az sürətli gedir. Məncə, yeniliklər kömək etdi, amma eyni zamanda maşın da yaxşılaşdı. Digər şeyləri test etdik və gözlədiyimiz kimi hər şey irəliyə doğru getdi. Məncə, Avstriya və Barselonada iki ya da üç addım geriyə getdik. Burada maşını bir az düzəltdik”.

Rauf Hacıyev

Şərh əlavə et