Kokpit.az xatırladır ki, ilk iki sərbəst yürüşlərdə Lando Norris, son məşqlərdə isə Corc Rassell hamıdan üstün olub. Mercedesin ingilis pilotu dünən poulun da sahibi olub.
Pirelli bura C1, C2 və C3 tərkiblərini gətirib. Çjou və Okon yumşaq, Peres sərt, qalanları isə orta təkərlərlə yarışa başlayıblar. Start düzümündə Mercedes sürücüləri ilk, Norris və Ferstappen isə ikinci cərgədə qərarlaşıblar.
Startda Rassell liderliyini qoruyub. Ferstappen Norrisi üstələyib. Sayns və Stroll 1, Lekler isə 3 pillə qazanıb. Hülkenberq insident yaşayıb və 3 yer itirib. Qasli ötürmələr qutusu probleminə görə yarışı ilk dövrədəcə başa vurub. 4-cü dövrədə ilk onluq: Rassell – Həmilton – Ferstappen – Norris – Piastri – Sayns – Stroll – Lekler – Hülkenberq.
Təxmini 16-cı dövrədə yağış yağacağı proqnozlaşdırılıb. Sürücülər bir-birilərinin DRS məsafələrindən çıxıblar və mümkün qədər gec pit-stop emtək üçün təkərləri yükləmədən sürüblər. Çjou 13-cü dövrədə pit-stop edən ilk sürücü olub. Lekler Strollu üstələyib.
Norris Ferstappenə yaxınlaşıb və hücumlar etməyə başlayıb. Nəhayət, 15-ci dövrədə onu üstələyib. Ferstappen hər iki McLaren sürücüsündən geri qalıb. Həmilton liderliyə yüksəlib. Yağış başlayıb və Norris liderliyə, Piastri üçüncülüyə yüksəlib. Lekler 20-ci dövrədə keçid təkərini taxıb. Piastri Həmiltonu da geridə qoyaraq ikinci yerə yüksəlib.
Norris trasdan səhvə yol verərək trasdan çıxıb, lakin geri qayıdaraq yoluna davam edə bilib. Peres və Okon da keçid təkərlərini taxıb. Peres trasın çox quru olmasından şikayətlənib. 26-cı dövrədə yenidən damcılar görünüb və DRS deaktiv edilib.
Ferstappen və Sayns bir dövrə sonra pit-stopa dəvət ediliblər və yaşıl təkərlərə keçiblər. Bir dövrə sonra Mercedes hər iki sürücüsünü, McLaren isə Norrisi çağırıb. Lakin Piastrini trasda saxlayıblar. Ferstappen Rasselli erkən pit-stop hesabına keçib. Oskar 28-ci dövrədə təkərlərini dəyişib və altıncı yerə yuvarlanıb. 30-cu dövrədə ilk onluq: Norris – Həmilton – Ferstappen – Rassell – Sayns – Piastri – Hülkenberq – Stroll – Alonso – Tsunoda.
Peres ikinci pit-stopunu edib və təkər dəyişilən zaman xeyli ləngidilib. Ferstappen təkərlərin tez yeyilməsindən şikayətlənib. Rassell 34-cü dövrədə pit yoluna üz tutub və yarışdan çəkilib. Buna səbəb soyutma sisteminin sıradan çıxması olub. Piastri isə Saynsa çatıb. Maqnussen pit yolunun girişindən əvvəl səhvə yol verib və maşını çətinliklə ram edib.
Trasda quru zolaq gorünməyə başlayıb. Hava düzəldikcə, Həmilton Norrislə fərqi azaldıb. Maqnussen və Rikkardo sliklərə keçən ilk sürücülər olub. Həmilton və Ferstappen də quru təkərlərə keçmək üçün dəvət ediliblər. Piastri də bir dövrə sonra sliklərə keçib. Norris də liderlər qrupundan ən gec pit-stopa çağrılan sürücü olub.
Liderlərdən Norris və Həmilton işlənmiş Soft, Ferstappen isə təzə Hard təkərlərlə yarışa davam edib. Stroll ilk onluqdan sliklərə ən son keçən sürücü olub. Ferstappen öndəki ikiliyə sürətlə yaxınlaşmağa başlayıb.
Sarcent Maqnusseni keçib. İlk üçlük 2 saniyəlik interval ilə yollarına davam ediblər. Ferstappen Norrisə yaxınlaşmağa başlayıb. 48-ci dövrədə Ferstappen Norrisi geridə qoyaraq ikinci yerə qalxıb və Həmiltonun arxasında sürməyə başlayıb.
Sayns 51-ci dövrədə təkərlərini dəyişib. Ferstappen Həmiltonla fərqi çox azalda bilməyib. Karlos sürətli dövrə vuraraq 1 xalı alıb.
Lyuis Həmilton mövsümdə və 2021-ci ildən bəri ilk, karyerasında isə 104-cü qələbəsini əldə edib. Lyuis həm də bir trasda ən çox (9) qələbə qazanmaq rekordunu yeniləyib. Maks Ferstappen yarışı ikinci yerdə başa vuraraq çempionatda fərqi daha da artırıb. Lando Norris isə podiumun son pilləsinə yüksəlib.
Növbəti yarış 2 həftə sonra Hunqarorinq trasında baş tutacaq.
Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
1 | Lyuis Həmilton | Mercedes | 1:22:27.059 | 2 |
2 | Maks Ferstappen | Red Bull | +1.465 | 2 |
3 | Lando Norris | McLaren | +7.547 | 2 |
4 | Oskar Piastri | McLaren | +12.429 | 2 |
5 | Karlos Sayns | Ferrari | +47.318 | 3 |
6 | Niko Hülkenberq | Haas | +55.722 | 2 |
7 | Ləns Stroll | Aston Martin | +56.569 | 2 |
8 | Fernando Alonso | Aston Martin | +63.577 | 2 |
9 | Aleksander Elbon | Williams | +68.387 | 2 |
10 | Yuki Tsunoda | RB | +79.303 | 2 |
11 | Loqan Sarcent | Williams | +88.960 | 2 |
12 | Kevin Maqnussen | Haas | +90.153 | 2 |
13 | Daniel Rikkardo | RB | +1 dövrə | 2 |
14 | Şarl Lekler | Ferrari | +1 dövrə | 3 |
15 | Valtteri Bottas | Sauber | +1 dövrə | 2 |
16 | Esteban Okon | Alpine | +2 dövrə | 4 |
17 | Serxio Peres | Red Bull | +2 dövrə | 4 |
18 | Quanyu Çjou | Sauber | +2 dövrə | 4 |
Sürətli dövrə: Karlos Sayns (Ferrari) – 1:28.293 (52-ci dövrə, 240.195 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR
Pilot | Komanda | Dövrə | Səbəb |
Corc Rassell | Mercedes | 34 | hidravlik sistem |
Pyer Qasli | Alpine | 1 | ötürmələr qutusu |
SÜRÜCÜLƏR ÇEMPİONATI
Sıra | Pilot | Komanda | Xal |
1 | Maks Ferstappen | Oracle Red Bull Racing | 255 |
2 | Lando Norris | McLaren F1 Team | 171 |
3 | Şarl Lekler | Scuderia Ferrari | 150 |
4 | Karlos Sayns | Scuderia Ferrari | 146 |
5 | Oskar Piastri | McLaren F1 Team | 124 |
6 | Serxio Peres | Oracle Red Bull Racing | 118 |
7 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 111 |
8 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 110 |
9 | Fernando Alonso | Aston Martin Aramco F1 Team | 45 |
10 | Ləns Stroll | Aston Martin Aramco F1 Team | 23 |
11 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 22 |
12 | Yuki Tsunoda | Visa Cash App RB F1 Team | 20 |
13 | Daniel Rikkardo | Visa Cash App RB F1 Team | 11 |
14 | Oliver Birman | Scuderia Ferrari | 6 |
15 | Pyer Qasli | BWT Alpine F1 Team | 6 |
16 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 5 |
17 | Aleksander Elbon | Williams Racing | 4 |
18 | Esteban Okon | BWT Alpine F1 Team | 3 |
MÜHƏNDİSLƏR KUBOKU
Sıra | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 373 |
2 | Scuderia Ferrari | Ferrari | 302 |
3 | McLaren F1 Team | Mercedes | 295 |
4 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 221 |
5 | Aston Martin Aramco F1 Team | Mercedes | 68 |
6 | Visa Cash App RB F1 Team | Honda RBPT | 31 |
7 | MoneyGram Haas F1 Team | Ferrari | 27 |
8 | BWT Alpine F1 Team | Renault | 9 |
9 | Williams Racing | Mercedes | 4 |
Şərh əlavə et