Xəbəri Kokpitdə Oxuyun!

Yağışlı məşqdə Rassell üstün olub

Silverstounda adətən həftəsonu günlərindən ən azı biri yağışlı olur və bu dəfə şənbə gününə təsadüf edib. Səhər başlayan yağıntı F3-ün təxirə salınmasına səbəb olub, temperatur 10 dərəcə aşağı enib.

Kokpit.az xəbər verir ki, startda yağıntı səngisə də, tras yaş olaraq qalıb. Sürücülər aralıq təkərlərlə trasa çıxsalar da, şərait daha da pisləşib. Qaslinin maşını startdan 8 dəqiqə sonra 16-cı döngədə yerində fırlanaraq çınqıllığa düşüb və sessiya qırmızı bayraqlarla dayandırılıb.

Təxliyə üçün yaranmış fasilə 5 dəqiqə davam edib və sürücülər yenidən trasa çıxıblar. Bottas birinci sektorda trasdan çıxıb, sonra isə maşını spinə məruz qalıb. Fin sürücü mufta çatışmazlığından şikayət edib. Sessiyanın sonlarına doğru yağış yenə başlayıb və sürücülər pitə gələrək aşınmış keçid təkərləri ilə trasa qayıdıblar. Çünki sıralanma turu və yarış üçün də yağıntı istisna edilmir.

Proqnozlar təsnifat mərhələsinin başlanmasına qədər daha yaxşı hava vəd edir, lakin bazar günü yağış və tufan yenidən Silverstouna qayıdacaq. Corc Rassell dövrəni 1:37.529 ilə tamamlayaraq ən yaxşı nəticəni göstərib. Bizi çox maraqlı sıralanma turu gözləyir…

Elçin Zodorov

Şərh əlavə et