Kokpit.az xatırladır ki, “qırmızı öküzlər” tarixi Silverstoun yarışına yeniliklərlə gəlmişdi, amma niderlandlı sürücü komanda yoldaşı Serxio Peresdən də geridə qalaraq, 7-ci yeri tutub.
Günün sonunda Maks Ferstappen belə açıqlama verib: “İkinci sərbəst yürüşlərdə Soft təkərlərlə atdığımız dövrələr istədiyimiz kimi getmədi. Buna görə də yaxşı zaman nəticəsi ortaya çıxara bilmədik. Medium təkərdə vəziyyət daha yaxşı idi. Yəni ki, üzərində işləməli olduğumuz şeylər var.
İkinci sessiuada maşında bəzi şeyləri dəyişdirdik. Şənbə günü işlərin necə gedəcəyini anlamaq üçün hər şeyi təhlil etməliyik. Şənbə günü yağış ehtimalı var. Sazlanma edərkən bunu da nəzərdə saxlamalıyıq”.
Şərh əlavə et