Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Daha yaxşısı mümkün idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, daha yaxşı nəticə qazana bilərmiş.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu Britaniyadakı sıralanma turunda komanda yoldaşı Corc Rasselldən sonra ikinci olub.

Lyuis Həmilton: “Əvvəla azarkeşlərə təşəkkür edirəm. Burada olduğum üçün qürur duyuram. İlk üçlükdə üç ingilis pilotun olması inanılmaz nəticədir. Corcu ürəkdən təbrik edirəm. Əla iş gördü.

Bu həftəsonu qətiliklə ön sırada olmağı gözləmirdik. Amma bu həm bizim, həm də komanda üçün çox böyük uğurdur. Boliddə bu gün özümüzü yaxşı hiss etdik.

Boksdakı hər kəs və buraya gələn bütün komandamız bu uğura doğrudan da layiqdirlər.

Bolidin performansı məncə, əla idi. Əsas olan təkər temperaturunu doğru nöqtəyə gətirmək və təmiz dövrə vurmaq idi. Deyəsən bunu etdim, amma masanın üzərində Corcun qazandığı kiçik zaman fərqi var idi.

Yenə də sabahkı yarış üçün özümə doğrudan da güvənirəm. Lando Norrisi arxamızda saxlaya bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et