Kokpit.az xatırladır ki, Ferrari komandasından Şarl Lekler cümə gününü beşinci, Karlos Sayns isə yeddinci yerdə bağlayıb.
Əslində “qırmızılar” bu həftəsonunda sərbəst yürüşlərdən test kimi istifadə ediblər və hər iki sürücü fərqli paketlərdə trasa çıxıblar.
Karlos Sayns: “Bu həftəsonu bolidi inkişaf etdirmək üçün bəzi şeyləri test edirik. Bəzi testlər doğru yöndə gedəcək. Bəziləri isə getməyəcək, amma hələ cümə günündəyik və buna görə işlərin necə gedəcəyini görəcəyik.
McLaren qətiliklə bizdən bir addım öndədir. Son bir neçə həftədə McLaren bizdən bir ya da iki addım öndə idi və bu həftəsonu da belə olduğunu hiss edirəm. Sözün açığı paketi anlamaq və onu necə sürətli inkişaf etdirə biləcəyimizi anlamaq üçün əlimizdən gələn hər şeyi etməyə çalışırıq, amma McLaren hazırda ayrı liqadadır”.
Şərh əlavə et