Xəbəri Kokpitdə Oxuyun!

Norris ikinci məşqlərdə də ən sürətli olub

Silverstounda iki məşq arasında yağış yağıb, lakin sessiyanın başlamasına qədər dayanıb. Tras quruyub və sürücülər sərt təkərlərlə uzun dövrələr vurmağa başlayıblar.

Kokpit.az bildirir ki, bir neçə komanda ilk sərbəst yürüşləri yenilikləri yoxlamağa həsr etdikdən sonra bu dəfə proqramı sürücülər arasında bölüşdürüblər. Elbon, Qasli, Rassell, Rikkardo, Ferstappen və Norris də daxil olmaqla, bir çoxları kerblərə sərt hücumdan sonra gövdənin altının zədələnmə riski ilə trasdan çıxıblar.

Son dəqiqələrdə yağış yağmağa başlayıb. Sürücülər fürsətdən istifadə edərək keçid təkərlərin effektivliyini yoxlayıblar. Çünki proqnozlar növbəti günlərdə əsas sessiyalarda da yağış yağacağı istisna etmir.

Lando Norris ilk məşqlərdə olduğu kimi, bu dəfə də protokollara başçılıq edib – 1.26.549. Ən yaxın izləyicisi isə ondan 0.3 saniyə geri qalan komanda yoldaşı Oskar Piastri olub.

McLaren-lən hələ ki, həftəsonunun ən sürətli komandası təsirini bağışlayırlar. Qüvvələr nisbəti isə sabah sıralanma turunda daha aydın bilinəcək…

 

Elçin Zodorov

Şərh əlavə et