Kokpit.az xəbər verir ki, niderlandlı sürücü “tənqidlərə əhəmiyyət vermədiyini” bildirərək özünəxas cavab verib, lakin həm də McLaren-in sürücüsü isə dostluq münasibətlərinin saxlanılmasının vacibliyini vurğulayıb.
Maks Ferstappen: “İnsanların nə dedikləri məni maraqlandırmır. Evə gedib həyatımı yaşadım. Mənim üçün vacib olan yeganə şey Lando ilə münasibətimi qorumaqdır, çünki biz yaxşı dostuq. Yarışdan sonra dediyim kimi, emosiyalar yüksək olduğu üçün soyumaq lazım idi. Lando və mən bazar ertəsi danışdıq və düşünürəm ki, ikimiz də mübarizəmizi bəyəndik.
İkimiz də hadisəni izlədik və başa düşdük ki, axmaq kiçik bir şey hər ikimiz üçün böyük nəticələrə gətirib çıxardı. Təbii ki, Lando üçün nəticələr daha ciddi oldu. O və mən yarışda gərgin rəqabəti sevirik. Biz bunu uzun illərdir ki, təkcə Formula 1-də deyil, həm də onlayn rejimdə edirik və birlikdə çox əylənirik. Davam etməliyik, çünki etdiyimiz işi sevirik. Düşünürəm ki, bu, Formula 1 üçün də əladır”.
Xatırladaq ki, Şpilberqdəki yarışda Norris sonlara yaxın lider Ferstappenlə fərqi qapatmış, hücumlardan birində sürücülər ciddi təmas yaşamışdılar. Nəticədə Lando mübarizəni dayandırmalı olmuş, pit yoluna zorla çataraq təkərini dəyişən Ferstappen isə yarışı 5-ci sırada başa vurmuşdu.
Şərh əlavə et