Xəbəri Kokpitdə Oxuyun!

Lando Norris vətənində sürətli başlanğıc edib

Britaniyada keçirilən birinci sərbəst yürüşlərdə McLaren komandasından Lando Norris birinci yeri tutub. 

Kokpit.az xatırladır ki, Britaniyada birinci sərbəst yürüşlərdə yağış gözlənilsə də, sessiya tamamilə quru havada keçib və komandalar burada müxtəlif detalları test ediblər.

Ferrari komandası Barselonaya gıtirdiy paketlə əvvəlki paketi müqayisə edib. Red bull isə Maks Ferstappenlə yeni altlığa keçib.

Bundan başqa ilk sessiyada Red Bull-da Serxio Peresi İsaak Hacar, Williams-da Loqan Sarcenti Franko Kolapinto, Haas-da Kevin Maqnusseni Oliver Berman, Alpine-də Pyer Qaslini isə Cek Duhən əvəz edib.

Sessiyanın ilk dəqiqələrində Yuki Tsunoda yerində fırlanaraq çınqıllğa girib. Oskar Piastri isə sessiyanın sonlarında yavaşlayaraq pit yolu girişində dayanıb.

Sürücülər Britaniyadakı ilk sərbəst yürüşlərdə dövrəvi nəticələrə köklənməyiblər. Lando Norris Soft təkərlə 1.27.420 zaman nəticəsi göstətərərək, birinci pillədə qərarlaşıb. Lən Stroll isə yeni ön qanadla britaniyalı sürücüdən 0.134 saniyə geridə qalaraq ikinci olub. Oskar Piastri isə komanda yoldaşından 0.211 saniyə geridə üçüncü yeri tutub.

Medium təkərlə trasa çıxan Maks Ferstappen 0.3 saniyə geridə dördüncü olub. İlk beşliyi isə Ferstappendən sadəcə 0.0093 saniyə geri qalan və Avstriyada mövsümdəki ilk qələbəsini qazanan Corc Rassell bağlayıb.

Aston Martin komandasından Fernando Alonso 0.374 saniyə geridə qalaraq birinci sərbəst yürüşləri 6-cı yerdə qapadıb. Onu bu trasın mütəxəssisi sayılan Lyuis Həmilton izləyib. Ferrari komandasından Şarl Lekler isə iki Dünya Çempionunun arxasında qərarlaşıb.

Onluğu liderdən 0.5 saniyə geridə qalan Karlos Sayns və Alpine komandasının sürücüsü Esteban Okon bağlayıb.

Silverstouna bolluca yenilik gətirmiş Haas komandasının sürücüsü Niko Hülkenberq 11-ci, Valtteri Bottas 12-ci, Daniel Rikkardo 13-cü, Oliver Berman 14-cü, Quanyu Çjou 15-ci yerləri tutublar.

Birinci sərbəst yürüşlərdə son beşliyi isə Alek Elbon, Cek Duhən, Franko Kolapinto, İsaak Hacar və Yuki Tsunoda tutublar.

 

SIRA SÜRÜCÜ # DÖVRƏ ZAMAN ARA KM/S
1 Lando Norris 4 26

1’27.420

242.594
2 Ləns Stroll 18 22

+0.134

1’27.554

0.134 242.223
3 Oskar Piastri 81 18

+0.211

1’27.631

0.077 242.010
4 Maks Ferstappen 1 25

+0.309

1’27.729

0.098 241.739
5 Corc Rassell 63 26

+0.318

1’27.738

0.009 241.715
6 Fernando Alonso 14 27

+0.374

1’27.794

0.056 241.560
7 Lyuis Həmilton 44 26

+0.438

1’27.858

0.064 241.384
8 Şarl Lekler 16 26

+0.483

1’27.903

0.045 241.261
9 Karlos Sayns 55 27

+0.505

1’27.925

0.022 241.201
10 Esteban Okon 31 24

+0.554

1’27.974

0.049 241.066
11 Niko Hülkenberq 27 22

+0.662

1’28.082

0.108 240.771
12 Valtteri Bottas 77 26

+0.834

1’28.254

0.172 240.301
13 Daniel Rikkardo 3 24

+1.057

1’28.477

0.223 239.696
14 Oliver Berman 50 25

+1.116

1’28.536

0.059 239.536
15 Quanyu Çjou 24 24

+1.170

1’28.590

0.054 239.390
16 Aleks Elbon 23 25

+1.229

1’28.649

0.059 239.231
17 Cek Duhən 61 22

+1.315

1’28.735

0.086 238.999
18 Fabio Kolapinto 45 24

+1.658

1’29.078

0.343 238.078
19 İsaak Hacar 37 15

+1.850

1’29.270

0.192 237.566
20 Yuki Tsunoda 22 5

+2.444

1’29.864

0.594 235.996

 

Rauf Hacıyev

Şərh əlavə et