Kokpit.az bildirir ki, şirkətin digər modeli olan Regeraya məxsus keçənilki rekord (28.81 saniyə) 0.98 saniyə daha yaxşılaşdılıb və 27.83 saniyəyə çatdırılıb. Bundan əlavə, daha 3 dünya rekordu da qeydə alınıb; maşın 400 km/saat sürətə qədər cəmi 18.82 saniyəyə sürətlənib, 0 – 250 mil/saat – 0 testini 28,27 saniyədə başa vurub və nəhayət, 250 mil/saat həddinə 19.2 saniyəyə çatıb. Şirkətin mətbuat xidmətinin məlumatına görə, maşın E85 yanacağı ilə təchiz edilib.
Qeyd edək ki, Jesko modeli 2019-cu ildə elan edilib və şirkətin qurucusu Kristian von Kyöniqseqin atasının şərəfinə adlandırılıb. 5.1 litrlik V8 mühərrik 9-pilləli ötürmələr qutusu ilə maşına dinamika verir. Jesko-nun limitli sayda – 125 ədəd istehsal edilməsi nəzərdə tutulub və iki variantı var: Absolut və Attack. Elə 2019-cu ildəcə bütün Jesko modellərinin artıq satıldığı açıqlanıb.
Şərh əlavə et