Kokpit.az xatırladır ki, Şarl Lekler Monako Qran Prisini qazandıqdan sonra Ferrari elə də ürəkaçan performans göstərmir. Onlar Kataloniyaya yeniliklər aparsalar da, Mercedes-dən geridə qalıblar.
Yeni detallar bəzi sahələrdə bolidi yaxşılaşdırsa da, yüksək sürətli döngələrdə tullanma problemi davam edir və buna görə də əldə olunan performansın bir hissəsi itir. Ferrari komandası indi Britaniyada iki maşına ayrı paket qoyaraq, sazlanma testləri edəcək və problemlərin qarşısını almağa çalışacaq.
Ancaq daha əvvəl dediyim kimi bolidi yaxşı formada sazlaya bilsək, yeni detallara nisbətdə daha yaxşı təsiri olacaq. Şarl və Karlosun sıralanma turunda üst pillərdə yer ala bilmələri və yarışda ön sıralarda mübarizə aparmaları üçün çox yaxşı işləməliyik”.
Şarl Lekler isə bu barədə belə danışıb: “Əgər çox yağış yağsa, bəlkə də bəzi şeyləri təsdiqləmək üçün iki bolidlə birdən etmək istədiyimiz şeyləri növbəti həftəsonuna təxirə salarıq. Yenə də yeniliklərdən ən yaxşı formada faydalanmaq üçün bolidi necə sazlanmalı olduğumuzu anlamalayıq, çünki hazırda yeniliklərdən gözlədiyimiz effekti almırıq.
Əslində yeniliklər lazım olduğu kimi işləyir, ancaq istədiyimiz statistikaya çatmaq üçün bolidi ən yaxşı formada sazlamalıyıq. Hələlik bunu tam olaraq bacara bilməmişik. Buna görə də bunun üzərində işləyirik”.
Karlos Sayns isə bu barədə belə danışıb: “Barselona Qran Prisindən etibarən o qədər də rəqəbatədavamlı olmadığımızı qəbul edirik və bunun fərqindəyik. Sözn açığı bu hal paketlə bağlı narahatçılığımızı bir az artırır və paketlə bağlı hər şeyi mümkün qədər ankamağa çalışmalıyıq”.
Şərh əlavə et