Kokpit.az bildirir ki, Red Bull komandası gözlənildiyi kimi Silverstouna altlıq yeniliyi ilə gəlib. Xüsusən də altlığın gövdəsində və kənarlarında dəyişiklik edilib. Üstəlik saydpod girişində də xırda dəyişikliklər var.
Haas komandası altlıq gövdəsi, altlıq kənarı, saydpod girişi, motor qapağı və güzgü qanadcığı kimi yeniliklər gətirib.
Mercedes komandası yeni ön qanad, arxa qanad və əyləc kanalı gətirdiyi halda, McLaren komandası arxa qanad, tarazlayıcı qanad və motor qapağını yeniləyib. Aston Martin isə yeni bir ön qanad gətirirb.
Ferrari, Williams, Alpine komandaları isə buraya heç bir yenilik gətirməməyi seçiblər.
Yeniliklər;
- Red Bull: Altlıq gövdəsi, altlıq kənarı
- RB: Halo
- Sauber: Altlıq çəpəri
- Haas: Altlıq gövdəsi, altlıq çəpəri, altlıq kənarı, saydpod girişi, motor qapağı, güzgü qanadcığı
- Mercedes: Ön qanad, arxa qanad, əyləc kanalı
- McLaren: Arxa qanad, tarazlayıcı qanad və motor qapağı
- Aston Martin: Ön qanad
- Ferrari: –
- Alpine: –
- Williams: –
Şərh əlavə et