Xəbəri Kokpitdə Oxuyun!

Silverstoundakı yarışa yağış da rəng qatacaq?

İlkin proqnozlar Silverstoun trasında keçiriləcək Britaniya Qran Prisi günlərinə yağışlı hava vəd edir.

Kokpit.az xəbər verir ki, cümə günü ərzində yağış yağacağı, hətta leysan xarakterli olacağı gözlənilir. Şənbə günü yağıntılar səhər saatlarında davam edəcək, lakin gün ərzində kəsilməlidir. Yarış günü hava proqnozu günortadan sonra leysan yağacağını bildirir. Yarış həftəsonunun hər üç günü hava 17 dərəcə olacaq.

Xatırladaq ki, keçən il burada şənbə məşqləri istisna, bütün sessiyalar quru hava şəraitində baş tutmuşdu.

Elçin Zodorov

Şərh əlavə et