Xəbəri Kokpitdə Oxuyun!

İ.Hacar ilk sessiyada Peresi əvəz edəcək

Red Bull gənc sürücü proqramının üzvü İzak Hacar Britaniya Qran Prisinin ilk sərbəst yürüşlərində Serxio Peresi əvəz edəcək. 

Kokpit.az bildirir ki, ikinci sərbəst yürüşlərdə Serxio Peres yenidən sükan arxasına qayıdacaq.

Qeyd edək ki, bu İsak Hacarın bir yarış həftəsonunda ilk Formula 1 təcrübəsi olmayacaq. Fransalı sürücü keçən il Alphatauri ilə Meksikada, Red Bull ilə Əbu Dabidə sükan arxasına keçmişdi.

Beləliklə, bu həftəsonu birinci sərbəst yürüşlərdə dörd debütant sürücü olacaq. Daha əvvəl Williams komandası Franko Kolapintonu, Alpine Cek Duhəni, Haas isə Oliver Bermanı trasa çıxaracağını bildirmişdi.

Rauf Hacıyev

Şərh əlavə et